Azərbaycanın axtardığı cinayətkar 20 il sonra tutuldu
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
"O, 1997-ci ildən cinayət məsuliyyətindən yayınıb. SSRİ vətəndaşının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını və ümumvətəndaş pasportları alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmaya əsasən, bu ad altında Azərbaycan Respublikasında tamamilə başqa bir şəxs yaşayır", - Volk vurğulayıb.
Rusiya hüquq-mühafizə orqanı rəsmisi, həmçinin qeyd edib ki, qanunvericiliyin pozulması ilə əldə olunan vətəndaşlıq ləğv edilib, verilən pasportlar etibarsız sayılıb.
Saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı "İJ-70", "Brauninq" tapançaları və 9 mm kalibrli 23 patron, saxta Qazaxıstan pasportu aşkar edilib. Onun barəsində qanunsuz silah dövriyyəsi barədə cinayət işi qaldırılıb, həbs-qətimkan tədbiri seçilib.
"Cəza müddəti bitəndən sonra onun Azərbaycana ekstradisiyası gözlənilir", - nazirlik rəsmisi qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Həbs Cinayət Axtarış