Bəzi deputatlar himni oxumurlar - İRAD

Bəzi deputatlar himni oxumurlar - İRAD
  30 Sentyabr 2013    Oxunub:970
Bu gün öz işinə başlayan Milli Məclisin (MM) 2013-cü il payız sessiyasının ilk iclasında öncə bu sessiyanın qanunverilicik işlər planının müzakirəsinə başlanılıb.
AzVision.az xəbər verir ki, millət vəkili Sahib Alıyev sessiyada bir sıra qanunların qəbulununu vacibliyinə diqqəti çəkərək qeyd edib ki, xüsusilə “İnformasiya təhlükəsizliyi haqqında”qanunvericilik aktının müzakirələrə çıxarılması və qəbul edilməsi vacibdir.

Deputat Elman Məmmədov parlamentdə dövlət himninin səslənməsi və oxuması məsələsinə toxunub. O qeyd edib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlət himninin necə səslənməsi və oxunması məsələsinə aydınlıq gətirməlidir: “Çünki, hər dəfə fikir veririk və görürük ki, dövlət himni səslənərkən bəziləri onu oxuyur, bəziləri isə yox. Bu nə dərəcədə düzgündür?. Ona görə də komitə buna aydınlıq gətirməlidir”.

Millət vəkili Jalə Əliyeva isə “Reklam haqqında” qanundan danışaraq qeyd edib ki, həmin qanuna ciddi dəyişikliklər nəzərdə tutan layihə payız sessiyasının müzakirəsinə çıxarılaraq və qəbul edilməlidir.

Millət vəkili Sabir Rüstəmxanlı Elman Məmmədovun himnlə bağlı dediklərini dəstəkləyib. Onun sözlərinə görə, himn məsələsi ciddi məsələdir və kim bəyənməyib oxumursa, himni dəyişdirsin:
“Səsləndirilən himni qadın oxuyur. Burda daha çox kişilərdi. Gəlin himni özümüz oxuyaq”.

Deputat iradını da bildirib, deyib ki, gündəlikdə 41 məsələ var, bunları vaxta böləndə hər birinə 6 dəqiqə düşür. Bu isə müzakirə üçün mümkün deyil.

“Biz neçə ildi soyadları dəyişmirik. Hələ də -ov, -ova soyadlarını uşaqlara verirlər. Xahiş edirəm, bu sessiyada bu məsələ müzakirə çıxarılsın.

Oqtay Əsədov isə millət vəkilinə cavabında “Sabir Rüstəmxanlı, gündəlikdə olan 41 məsələdən 15-i bu gün müzakirə ediləcək. Diqqətli olun, digərləri qəbul edilən məsələlərdi. Sadəcə bu gün təsdiq ediləcək” deyib.


Teqlər:  





Xəbər lenti