Zahid Oruc namizədliyini geri götürüb?

Zahid Oruc namizədliyini geri götürüb?
  30 Sentyabr 2013    Oxunub:856
“Namizədliyimi geri götürməyimlə bağlı yayılan xəbərlər yalandır. Əksinə yüksək əhval-ruhiyyə ilə təbliğat-təşviqat kampaniyamızı davam etdiririk”.
Bunu Azvision.az-a açıqlamasında prezidentliyə namizəd Zahid Oruc onun namizədliyini geri götürməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. O vurğulayıb ki, tele-debatlardakı çıxışlarını da davam etdirəcək: “Mənim dövlətçilik ideyasını yüksək tutmağım kimlərinsə marağı ilə üst-üstə düşmür. Xüsusilə də davakarlığı qabardan qüvvələrə bu, sərf etmir, ona görə də belə məlumatlar yayılır”.

Prezidentliyə namizəd seçiciləri ilə görüş-mitinqi keçirəcəyini də bildirib: “Bu istiqamətdə addımlar atılıb. Artıq mitinqin vaxtı da dəqiqləşib. Bir sıra təşkilati və texniki işlər başa çatdıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti