540 mindən çox əcnəbi Rusiyadan deportasiya edilib

540 mindən çox əcnəbi Rusiyadan deportasiya edilib
  09 Fevral 2018    Oxunub:1420
Son altı ildə 2 milyondan çox vətəndaş Rusiya qanunvericiliyini pozduğuna görə bu ölkəyə gəlişinə qadağa qoyulub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş idarəsinin rəis müavini Valentina Kazakova deyib.
O, qeyd edib ki, hesabat dövründə 540 mindən çox insan Rusiyadan deportasiya edilib.

Onun sözlərinə görə, 2012-2017-ci illər ərzində 14 milyondan çox əcnəbi vətəndaşın fotoşəkli çəkilib, onlar daktiloskopik müayinədən keçirilib.

AzVision.az


Teqlər: Rusiya   Miqrasiya  





Xəbər lenti