Almaniyada hökumət böhranı - Şults imtina etdi

Almaniyada hökumət böhranı - Şults imtina etdi
  09 Fevral 2018    Oxunub:1370
Almaniya Sosial-Demokratik Partiyasının (ASDP) sədri Martin Şults yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib.
TASS-ın yaydığı məlumata görə, Şults qərarını partiyada “kadr debatlarını” sona çatdırılmasının vacibliyi ilə izah edib.

“Mən federal hökumətə daxil olmaqdan imtina etdiyimi bildirirəm və eyni zamanda ümid edirəm ki, ASDP-də kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - Şults deyib.

Qeyd edək ki, Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.

AzVision.az


Teqlər: Almaniya   Martin-Şults  





Xəbər lenti