Tayvanda yüzlərlə insan evsiz qaldı - VİDEO

Tayvanda yüzlərlə insan evsiz qaldı - VİDEO
  10 Fevral 2018    Oxunub:1389
Tayvanda baş verən güclü zəlzələ nəticəsində onlarla yaşayış binası yararsız vəziyyətə düşüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətin ən çox ziyan vurduğu Xualyan vilayətində qəza vəziyyətə düşən binaların söküntüsünə başlanılıb. Nəticədə yüzlərlə insan evsiz qalıb.

Hazırda söküntü ilə yanaşı itkin düşən şəxslərin axtarışları həyata keçirilir. Məlumata görə, Tayvanda baş verən zəlzələ nəticəsində 10 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Onlarla insanın itkin düşdüyü bildirilir.



AzVision.az


Teqlər: Tayvan   Zəlzələ   Fəlakət  





Xəbər lenti