Tillersonun sürpriz Türkiyə səfərinin sirri

Tillersonun sürpriz Türkiyə səfərinin sirri
  10 Fevral 2018    Oxunub:3834
ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın günlərdə Türkiyəyə səfər edəcək.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məlumatı ABŞ rəsmiləri təsdiqləyib. Səfərin dəqiq vaxtı açıqlanmayıb, hazırda bu istiqamətdə danışıqların getdiyi bildirilib.
Tillersonun Türkiyəyə gözlənilən səfəri ilə bağlı bəzi detallar məlum olub. Türkiyə KİV-lərində yer alan xəbərlərə əsasən, ABŞ dövlət katibinin səfəri Afrin əməliyyatı ilə əlaqədardır.

ABŞ tərəfi səfər zamanı Suriyadakı son vəziyyətlə bağlı müzakirələrin aparılacağını iddia edib. Türkiyə mətbuatı isə hesab edir ki, Tillerson Ankaraya "Zeytun budağı" əməliyyatının dayandırılması üçün təşrif buyuracaq.

"ABŞ dövlət katibi Türkiyə səfərində Afrində keçirilən antiterror əməliyyatlarının dayandırılmasını tələb edəcək. Bu səbəbdən səfərin çətin olacağını gözləyirik" - KİV yazıb.

Ekspertlərin fikrincə, Tillersonun sürpriz səfəri sırf Afrinlə bağlıdır. ABŞ əməliyyatların davam etməsini istəmir, terrorçulara endirilən zərbələr rəsmi Vaşinqtonu ciddi narahat etməyə başlayıb.

AzVision.az


Teqlər: Afrin   ABŞ   Tillerson  





Xəbər lenti