Həbsdə olan erməni oliqarx dostlarını satmağa hazırdır

Həbsdə olan erməni oliqarx dostlarını satmağa hazırdır
  10 Fevral 2018    Oxunub:2493
Rusiyanın paytaxtı Moskvada həbs edilən tanınmış biznesmen, Donbasda mülkləri olan erməni əsilli oliqarx Oleq Mkrtçyan Rusiya İstintaq Komitəsi (RİK) ilə əməkdaşlıq edəcək.

AzVision.az “Life.ru” saytına istinadən xəbər verir ki, erməni oliqarx “Vnesheconombank”ın (Внешэкономбанк) vəsaitlərinin mənimsənilməsində iştirak edən bütün şəxsləri RİK-ə satmağa razılaşıb.
Belə ki, Oleq fırıldaqçılıqda bilavasitə iştirak edən Rusiya məmurlarının adlarını istintaqa deməyə hazırdır. Bunun əvəzində isə müstəntiqlər onunla bağlı açılan cinayət işinin maddəsini yüngülləşdirəcək.

Qeyd edək ki, “Donbas sənaye birliyi”nin təsisçisi və rəhbəri Oleq Mkrtçyan 4 milyard dolları mənisəmkədə ittiham edilir. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Oliqarx   Həbs  





Xəbər lenti