AzVision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.“Bu gün İsrail təyyarələri Suriyanın mərkəzində yerləşən hərbi bazalara hücum edərək ölkəmizə qarşı aqressiya nümayiş etdirib. Hava Hücumundan Müdafiə Qüvvələri cavab atəşi açaraq, bir neçə təyyarəni zərərsizləşdirib”, - deyə mənbə bildirib.
İsrail tərəfi isə aviahücumlar zamanı bir "F-16" qırıcı təyyarənin vurulduğunu təsdiqləyib.
Məlumata görə, vurulan "F-16"nın pilotları katapult edərək İsrail ərazisinə düşüblər. Onların yaralandığı, dərhal xəstəxanaya yerləşdirildiyi bildirilib.
Eldar Tanrıverdiyev
AzVision.az