Kim Çen In Cənubi Koreya prezidentini ölkəsinə dəvət edib

Kim Çen In Cənubi Koreya prezidentini ölkəsinə dəvət edib
  10 Fevral 2018    Oxunub:1898
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İni ən qısa vaxtda Pxenyana səfərə dəvət edib.
AzVision.az “Rehnap” agentliyinə istinadən xəbər verir ki, səfər barədə dəvət şəxsən Kim Çen Inın bacısı tərəfindən edilib.

Qeyd edək ki, Kim Çen Inın bacısı Kim Yo Çjonun daxil olduğu nümayəndə heyəti Pxençxanda Olimpiya oyunlarının açılış mərasiminə qatılıb. O, Cənubi Koreya prezidentinin verdiyi rəsmi naharda iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kim-Çen-In     Cənubi-Koreya  





Xəbər lenti