Ermənistanın tanınmış teleaparıcısı dələduz çıxdı

  10 Fevral 2018    Oxunub : 1245
Ermənistanın tanınmış teleaparıcısı dələduz çıxdı

Ermənistanın teleaparıcısı Diana Qriqoryan ABŞ-a getmək üçün saxta viza düzəldib satmaqda və dələduzluqda ittiham edilir.

ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, Qriqoryan Nyu-Yorkda yaşayan Stella Boyadcyan və Qraçya Akopyanla cinayət əlaqəsinə girərək saxta vizalarla erməniləri ABŞ-a yola salıb.

Qriqoryan ABŞ-a getmək istəyən Ermənistan vətəndaşlarından 15 min dollar alaraq onları qastrola gedən artist kimi qələmə verib.

Hazırda araşdırma aparılır, cinayətkar dəstənin ABŞ-da yaşayan üzvləri həbs edilib. Ehtimal etmək olar ki, D. Qriqoryan haqqında da ölçü götürüləcək.

Ermənistanda bu xarakterdə cinayət hadisələrinin baş verməsi əslində təəccüblü deyil. Ölkədə baş verən özbaşınalıq, iqtisadi vəziyyətin ağırlığı insanları ölkəni tərk etmək məcburiyyətində qoyur. Müasir dünyada baş verən iqtisadi böhran bir çox ölkələrə mənfi təsir edib. Lakin bu ölkələrin vətəndaşları heç də vətənlərini birdəfəlik tərk etmək niyyətində olmayıblar.

Ermənistanda isə əhalinin 90 faizi ölkəni tək etmək istəyir və bu proses ildən-ilə sürətlənir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, internetin və yüksək texnologiyaların inkişaf etdiyi müasir dövrdə Ermənistan hakimiyyəti öz məqsədini gizlədib xalqı aldada bilmir. İstər Ermənistanda, istərsə də onun xaricində yaşayan bütün ermənilər artıq başa düşüblər ki, onların vətən hesab etdikləri ölkənin hakimiyyəti heç də milli maraqlara deyil, xarici qüvvələrə xidmət edir. Ermənistan bir dövlət kimi yox, terror təşkilatı kimi idarə edilir. Ölkədə heç kimin normal yaşamaq imkanı yoxdur. Gələcək perspektivdən isə danışmağa dəyməz. Ona görə də Ermənistanı tərk edənlər artır və yuxarıda göstərdiyimiz kimi, cinayətkar düşüncəli insanlar da bundan sui-istifadə edirlər. (AzərTAC)

AzVision.az

Teqlər: Ermənistan   Dələduzluq   Aparıcı