İsrail yenidən Suriyanı bombaladı - Əməliyyata Netanyahu rəhbərlik edir

  10 Fevral 2018    Oxunub : 980
İsrail yenidən Suriyanı bombaladı - Əməliyyata Netanyahu rəhbərlik edir

İsrailin baş naziri Binyamin Netanyahu şənbə günü İsrail və Suriya arasında baş verən insidentlə bağlı təhlükəsizlik üzrə konsultasiyalar həyata keçirir və əməliyyatlara rəhbərlik edir.

AzVision.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri rəsmi mənbəyə istinadən məlumat yayıb.

“Hadisələr başlayandan bəri Netanyahu təhlükəsizlik üzrə konsultasiyalar həyata keçirir və real vaxt rejimində əməliyyatlara rəhbərlik edir. Nazirlər Kabineti hadisələrin baş verməsindən xəbərdardır”, - deyə qəzetin əməkdaşı Noa Landaou öz “Twitter” səhifəsində yazıb.

Məlumata görö, "F-16" qırıcı təyyarənin vurulmasından sonra İsrail ordusu yenidən Suriyaya aviazərbələr endirib, 12 obyekt zərərsizləşdirilib.

Qeyd edək ki, Suriya KİV-nin yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən hərbi obyektlərə aviazərbələr endirib. Buna cavab olaraq Suriya Hava Hücumundan Müdafiə Qüvvələri (HMQ) bir neçə İsrail təyyarəsini vurub.

İsrail tərəfi isə aviahücumlar zamanı bir "F-16" qırıcı təyyarənin vurulduğunu təsdiqləyib. Vurulan "F-16"nın pilotları katapult edərək İsrail ərazisinə düşüblər. Onların yaralandığı, dərhal xəstəxanaya yerləşdirildiyi bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İsrail   Suriya   Qırıcı