Türkiyənin hərbi helikopteri vuruldu - (Yenilənib)

Türkiyənin hərbi helikopteri vuruldu 
 - (Yenilənib)
  10 Fevral 2018    Oxunub:4663
Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında Türkiyəyə məxsus hərbi helikopter vurulub.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri deyib ki, terrorçular bunun əvəzini çox ağır ödəyəcəklər.
Baş Qərargahın yaydığı məlumata görə, Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Afrin  



Xəbər lenti