ABŞ səfiri Mətbuat Şurasında

ABŞ səfiri Mətbuat Şurasında
  30 Sentyabr 2013    Oxunub:914
Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında olub.
AzVision.az xəbər verir ki, MŞ sdəri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Şura sədri bildirib ki, rəhbərlik etdiyi quruma müxtəlif vətəndaş qruplarından, o cümlədən ayrı-ayrı siyasi partiyalardan da müraciətlər daxil olur. Bu şikayətlərdə cavabdeh tərəf kimi həm iqtidar, həm də müxalifət yönümlü media göstərilir: “Mətbuat Şurası araşdırma prosesində hər hansı ayrıseçkilik etmir, başlıca olaraq peşə prinsiplərini rəhbər tutur”.

Seçki prosesi və medianın seçkidə iştirakı ilə bağlı müzakirələr zamanı MŞ sədri bildirib ki, Şura seçki kampaniyası müddətində jurnalistlərin həssas prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirir.

Ə.amaşov vurğulayıb ki, ütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyinin təminatı Mətbuat Şurası üçün prioritet vəzifədir.
Səfir R.Morninqstar bildirib ki, kütləvi informasiya vasitələrinin mövcud vəziyyətdə ictimai maraqları üstün tutmaları üçün onlara eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da fəal dəstəyi lazımdır.

Görüşdə ölkəmizdə söz və mətbuat azadğınını müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti