“Qarabağ” “Qəbələ”ni məğlub edə bilmədi

“Qarabağ” “Qəbələ”ni məğlub edə bilmədi
  11 Fevral 2018    Oxunub:1650
Bu gündən Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb.
Turun mərkəzi matçında lider “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən oyunu baş hakim İnqilab Məmmədov idarə edib.

46-cı dəfə üz-üzə gələn komandaların cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.

Beləliklə, 15 oyundan sonra "Qarabağ" 38 xalla liderdir. "Qəbələ" 32 xalla 2-ci, "Zirə" isə 31 xalla 3-cü yerdə qərarlaşıb.

AzVision.az


Teqlər: QarabağFK   Qəbələ   Premyer-Liqa  





Xəbər lenti