Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Yer kürəsinin yaxınlığından asteroid keçəcək
  11 Fevral 2018    Oxunub:1592
Astronomlar hesab edirlər ki, 5 gün əvvəl aşkar edilmiş asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək.
BBC-nin yaydığı məlumatına görə “2018 CB” adlandırılan asteroid Yer kürəsinə planetimizlə Ay arasındakı məsafənin beşdəbiri qədər olan məsafədən keçəcək. 40 metr böyüklüyündə olan asteroid Yer kürəsinə təhlükə törətməyəcək.

Məlumata əsasən, asteroid planetimizə yerli vaxtla gecə saat 02:27-də ən yaxın məsafədə olacaq.

AzVision.az


Teqlər: Yür-kürəsi   Asteroid  





Xəbər lenti