Avtobus qəzasında 27 nəfər öldü

Avtobus qəzasında 27 nəfər öldü
  11 Fevral 2018    Oxunub:1570
İndoneziyada ağır yol qəzası baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Yava adasında sərnişin avtobusu motosikletlə toqquşub.

Qəza nəticəsində azı 27 nəfər ölüb. Ondan çox insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Qəza zamanı avtobusda 40-a yaxın sərnişin olub.

AzVision.az


Teqlər: İndoneziya   Qəza   Avtobus  





Xəbər lenti