ABŞ-da iki polis əməkdaşı öldürülüb

ABŞ-da iki polis əməkdaşı öldürülüb
  11 Fevral 2018    Oxunub:2139
ABŞ-ın Ohayo ştatında silahlı insident baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Uestervill şəhərində iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən öldürülüb.

Məlumata görə, polislər hadisə yerinə çağrı mərkəzinə daxil olan zəng əsasında gediblər. Nəticədə naməlum şəxslər onları güllələyib.

Hadisənin digər təfərrüatları məlum deyil.

AzVision.az


Teqlər: ABŞ   Polis   İnsident  





Xəbər lenti