Türkiyə 11 şəhidin intiqamını aldı - FOTO

Türkiyə 11 şəhidin intiqamını aldı - FOTO
  11 Fevral 2018    Oxunub:4143
Ötən gün Afrində 11 əsgəri şəhid olan Türkiyə ordusu terrorçulara ağır zərbələr endirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarında PKK, PYD qruplaşmasının mövqeləri bombardman edilib. Partlayış səsləri sərhədboyu bölgələrdə eşidilib.

Havadan və qurudan edilən hücumlar nəticəsində xeyli sayda terrorçunun məhv edildiyi bildirilib.

Türkiyə Baş Qərargahının yaydığı son məlumata görə, Afrində bu günədək 1180 terrorçu öldürülüb. Hazırda "Zeytun budağı" əməliyyatı uğurla davam edir.



Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub. Ümumilikdə ötən gün Türkiyə ordusunun 11 əsgəri şəhid olub, bir neçə hərbçi yaralanıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   PKK  





Xəbər lenti