Afrində 23 gündə 1266 terrorçu məhv edilib

Afrində 23 gündə 1266 terrorçu məhv edilib
  11 Fevral 2018    Oxunub:2035
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 23-cü günündə terrorçuların 19 hədəfi məhv edilib.

Əməliyyatlarda indiyədək 1266 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

AzVision.az


Teqlər: Afrin   Suriya   Türkiyə  





Xəbər lenti