Putin tapşırıq verdi - Qəzaya görə komissiya yaradılır

Putin tapşırıq verdi - Qəzaya görə komissiya yaradılır
  11 Fevral 2018    Oxunub:1989
Rusiya prezidenti Vladimir Putin "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan şəxslərin yaxınlarına başsağlığı verib.
AzVision.az "RİA novosti" agentliyinə istinadən xəbər verir ki, Putin qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını tapşırıb.

Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

AzVision.az


Teqlər: Rusiya   Putin   Təyyarə   Qəza  





Xəbər lenti