Afrində daha iki kənd azad edildi

Afrində daha iki kənd azad edildi
  11 Fevral 2018    Oxunub:1940
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatında bu gün iki kənd terrorçulardan azad edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin uğurlu əməliyyatı zamanı Hacı İskəndər və Serincək kəndləri PKK, PYD yaraqlılarından təmizlənib.

Məlumata görə, gün ərzində 19 hədəf vurulub. Ümumilikdə isə ölən terrorçuların sayı 1266-ya çatıb.

AzVision.az


Teqlər: Afrin   Suriya   Türkiyə   Kənd   PKK  





Xəbər lenti