Təyyarə qəzasında ölənlərin ailələrinə pul veriləcək

Təyyarə qəzasında ölənlərin ailələrinə pul veriləcək
  12 Fevral 2018    Oxunub:1978
Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə təzminat veriləcək.
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev bildirib.

Onun sözlərinə görə, həlak olan şəxslərin ailələrinə bir milyon rubl kompensasiya ödəniləcək.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

AzVision.az


Teqlər: Təyyarə   Qəza   Rusiya  





Xəbər lenti