Moskvada fövqəladə vəziyyət elan edilib

  11 Fevral 2018    Oxunub : 1104
Moskvada fövqəladə vəziyyət elan edilib
Rusiyada "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsi məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Rəsmi məlumata əsasən, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar olmayıb. Ölənlərdən biri azərbaycanlıdır.

AzVision.az

Teqlər: Rusiya   Moskva