Rusiya təyyarəsinin qəzaya uğradığı an - VİDEO
AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, videonun 26-cı saniyəsində partlayışın baş verdiyi görünür.
Qeyd edək ki, dünən yerli vaxtla saat 14:21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


