Rusiya təyyarəsinin qəzaya uğradığı an - VİDEO

Rusiya təyyarəsinin qəzaya uğradığı an - VİDEO
  12 Fevral 2018    Oxunub:39478
Rusiyanın Moskva vilayətində "AN-148" tipli sərnişin təyyarəsinin qəzaya uğrama anının görüntüləri yayımlanıb.

AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, videonun 26-cı saniyəsində partlayışın baş verdiyi görünür.
Təyyarə partlayışdan sonra yerə çırpılıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 14:21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva   Təyyarə   Qəza  





Xəbər lenti