Meriya Milli Şuranın mitinq müraciətinə baxır

Meriya Milli Şuranın mitinq müraciətinə baxır
  30 Sentyabr 2013    Oxunub:962
`Bu gün Milli Şura mitinq keçirmək üçün bizə müraciət edib`.

Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, Milli Şuranın mitinq müraciətinə 2-3 gün ərzində cavab veriləcək.

Qeyd edək ki, Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev saytımıza açıqlamasında deyib ki, oktyabrın 6-da keçiriləcək mitinq Milli Şuranın sonuncu mitinqi olacaq. Mitinq Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə), saat 16 :00-da keçiriləcək.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti