ABŞ-la Koreya hərbi danışıqlar aparır

ABŞ-la Koreya hərbi danışıqlar aparır
  30 Sentyabr 2013    Oxunub:931
ABŞ-ın müdafiə naziri Çak Hegel Cənubi Koreyada olub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreyanın müttəfiqi olan ABŞ-ın Seul üzərində hərbi nəzarəti əsas məsələlərdən biridir. Cənubi Koreya bu müttəfiqliyi 2015-ci ilədək davam etdirməyi düşünürdü. Lakin qonşusu Şimali Koreya ilə yaranan gərginliyə görə ABŞ-la hərbi müttəfiqliyin müddətini uzatmaq niyyətindədir. Xatırladaq ki, 1950-1953-cü illərdə iki Koreya dövləti arasında baş verən münaqişə sülh müqaviləsi ilə deyil, atəşkəslə qurtarıb.

Müdafiə naziri olduqdan sonra ilk dəfə Cənubi Koreyaya səfər edən Çak Hegel bildirib ki, Seulun hərbi qüvvələri tədricən inkişaf edir və güclənir. Onun sözlərinə görə, Amerikanın Seuldakı hərbi qüvvələrini geri çağırması barədə son qərar vermək hələ tezdir.

AzVision.az


Teqlər:





Xəbər lenti