“Qarabağ münaqişəsi sülh yolu ilə həll oluna bilər” - Bolqarıstan prezidenti

“Qarabağ münaqişəsi sülh yolu ilə həll oluna bilər” - Bolqarıstan prezidenti
  12 Fevral 2018    Oxunub:2460
“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rumen Radev İrəvanda erməni həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bolqarıstanın mövqeyi aydındır - ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və Avropa İttifaqının köməyi ilə sülh yolu ilə həll olunmalıdır. Azərbaycan və Ermənistan prezidentləri arasında aktiv dialoqun aparılması vacibdir. Dialoq emosiyalarsız olmalı, müdrikliyə əsaslanmalıdır. Bolqarıstan Aİ-nin sədri kimi bu mövqeyin reallaşmasında yardımçı olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Bolqarıstan   Qarabağ  





Xəbər lenti