“Sarkisyanın baş nazir olmasını istəyirik” – Erməni deputat
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Baqram Baqdasaryan jurnalistlərin “hazırkı Ermənistan prezidentinin namizədliyi baş nazir postuna Respublikaçı partiyasından irəli sürüləcəkmi, yoxsa prezident ondan xahiş edilməsini istəyir” sualını cavablandırarkən deyib.
“Təbii ki, biz bu məsələni müzakirə etməmişik. Lakin bu müzakirələr baş versə, onda Respublikaçılar partiyasının istənilən üzvü, xüsusilə icraçı orqanlarda işləyənlər partiyanın bu qərarına tabe olmalıdırlar”, - deyə Baqdasaryan qeyd edib.
Parlament fraksiyasının rəhbəri vurğulayıb ki, qərar veriləndə onlar mütləq bu məsələni müzakirə edəcəklər: “Hazırkı mərhələdə Sarkisyanın namizədliyinin irəli sürülməsi hakim partiyanın üzvlərinin istəyidir”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Baş-nazir