Avropa çempionatında fərqlənən karateçilər mükafatlandırıldı

  12 Fevral 2018    Oxunub : 520
Avropa çempionatında fərqlənən karateçilər mükafatlandırıldı
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi, ötən həftə Rusiyanın Soçi şəhərində Yeniyetmə və Gənclərin Avropa çempionatında uğurla çıxış edən seçmə komandanın üzvləri ilə görüşüb./strong>
AzVision.az-ın məlumatına görə, Federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Fərid Əsgərov 4 qızıl, 1 gümüş və bürünc medal qazanan idmançılarımızı təbrik edərək, bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndirib. Federasiya rəhbərliyi dövlət tərəfindən göstərilən qayğı müqabilində, eyni zamanda Azərbaycanın idman ölkəsi imicinin qorunması üçün bundan sonra da məsuliyyətlə çalışmağın və yüksək nəticələr göstərməyin əsas məqsəd kimi qarşıya qoyulduğunu xatırladıb.



Yeniyetmə və gənclər seçmə komandasının məşqçisi Anar Allahverdiyev qitə çempionatına hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. Görüş zamanı həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub. Yığıncaın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb.



AzVision.az

Teqlər: Karate   Yarış   Mükafat