Ərdoğandan demokratik addım

Ərdoğandan demokratik addım
  30 Sentyabr 2013    Oxunub:1417
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürd probleminin də həllini nəzərdə tutan “Demokratik açılım”paketini təqdim edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçki sisteminə dəyişikıikləri nəzərdə tutan paketə siyasi partiyalara dövlət tərəfindən yardımının artırılması da daxildir.

Baş nazir bildirib ki, bu paketlə siyasi partiyaların təşkilatlanmağı asanlaşacaq: “Partiyalarda həmsədr sistemi tətbiq ediləcək. Bundan başqa səsvermə hüququ olmayanlar da partiya üzvü ola biləcək. Müxtəlif dil və ləhcələrdə siyasi təbliğat aparıla biləcək”.

Yeni paketə görə, şəxsin dili, irqi, milliyəti, cinsi və inancı ilə bağlı cinayət işlənərsə, bunun cəzası əvvəlkindən fərqli olaraq 1 il yox, 3 il həbs cəzası olacaq.

Baş nazir qeyd edib ki, dini inancın icra olunmasına maneçilik cinayət hesab olunacaq: “Kiminsə dini inancı əsas götürülrərək onun həyatına müdaxilə edilməsi cinayət məsuliyyəti hesab olunacaq. Həmin şəxsi 1 ildən 3 ilə qədər həbs gözləyir.

Özəl məktəblərdə müxtəlif dil və ləhcələrdə təhsil verilə biləcək.
Kəndlər və qəsəbələrə 1980-ci illərə qədər istifadə etdikləri adları veriləcək.

Nevşehir Universitetinin adı dəyişdirilərək əvvəlki kimi Hacı Bektaş Universiteti adlandırılacaq.

İctimai yerlərdə hicaba qoyulan qadağa aradan qaldırılır. Qadın və kişilər üçün geyim məhdudiyyəti ləğv olunur”.

Qeyd edək ki, paket 40 maddə və 20 başlıqdan ibarətdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti