Saakaşvili yenidən tutuldu - VİDEO

Saakaşvili yenidən tutuldu - VİDEO
  12 Fevral 2018    Oxunub:4974
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.

AzVision.az "Ria Novosti" yə istinadən xəbər evrir ki, bunu onun dostu, Ali Radanın deputatı Yuriy Derevyanko deyib.
O, qeyd edib ki, Mixail Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.

M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən təsdiq ediblər. Qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.



AzVision.az


Teqlər: Saakaşvili   Ukrayna  





Xəbər lenti