Trampın gəlininə müəmmalı məktub, xəstəxanaya yerləşdirildi

Trampın gəlininə müəmmalı məktub, xəstəxanaya yerləşdirildi
  13 Fevral 2018    Oxunub:1850
ABŞ prezidenti Donald Trampın gəlini Vanessa Trampa naməlum şəxslər tərəfindən məktub göndərilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, V.Tramp səhər saatlarında ağ tozla dolu olan paketi açdıqdan sonra öskürək ürək bulanmasından şikayətlənib. O,dərhal xəstəxanaya yerləşdirilib.

40 yaşlı Vanessa Tramp hazırda Nyu-York şəhərinin “Presbyterian Weill Cornell” adlı Tibb Mərkəzində həkimlərin nəzarəti altındadır. Onun səhhətinin necə olması barədə məlumat verilməyb.

Qeyd edək ki, Vanessa Tramp ABŞ prezidentinin oğlu kiçik Donald Trampın xanımıdır.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Məktub  





Xəbər lenti