Ordunu siyasətə qoşmaq yanlışdır

Ordunu siyasətə qoşmaq yanlışdır
  02 Fevral 2013    Oxunub:901
Millət vəkili Ehtiyatda Olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli Müdafiə Nazirliyi rəhbərliyinin idarəçiliyinə etiraz olaraq imza kampaniyasına başlatmasına münasibət bildirərək vurğulayıb ki, ordunun siyasətə qarışmasını pis hadisə hesab edir: “Nə vaxtsa orduda belə kütləvi imza kampaniyası olduğu yadıma gəlmir. Bu işi kimin, necə, nə məqsədlə təşkil etdiyini bilmirəm. Amma istənilən halda faktın özünü mənfi qiymətləndirirəm. Biz ordunu həmişə yüksək səviyyədə müdafiə etmişik. Ordu xalqındır, heç vaxt siyasətə qarışmayıb. Ordunun bir məqsədi, amalı var, o da Azərbaycan torpaqlarını qorumaq, işğal altında olan ərazilərimizi azad etmək, ölkənin milli təhlükəsizliyini və müdafiəsini təmin etməkdir. Ordu qarşısında bundan başqa heç bir vəzifə yoxdur. Ona görə də hər hansı formada siyasətə qoşulmaq, imzatoplama kampaniyası keçirmək yanlış addımdır. Bunun üçün gətirilən əsaslar da doğru deyil. Guya kimsə orduya qarşı qarayaxma kampaniyası aparır, onları susdurmaq üçün belə ediblər. Bu, əsaslandırılmamış arqumentdir. Ordunu kimsə haqlı və ya haqsız tənqid edirsə, bu işə baxan digər qurumlar var. Müdafiə Nazirliyinin mətbuat xidməti fəaliyyət göstərir, bu haqda açıqlama verilsin. Əgər etməyiblərsə, indi münasibətlərini ortaya qoysunlar. Bu məsələyə hər hansı əsgər, zabit, generalın qoşulmasına nə ehtiyac var? Gedib öz işləri ilə məşğul olsunlar. İstənilən halda ordunun imzatoplama kampaniyasında iştirakı, kütləvi müraciətin təşkil edilməsi müsbət haldan xəbər vermir, mən buna mənfi münasibət bəsləyirəm”.
Azay Quliyev bildirib ki, müharibə vəziyyətində olan Azərbaycan ordusunda 10 mindən artıq zabitin xidmət etdiyini dünyaya yaymaq doğru deyil: “Bu o deməkdir ki, Azərbaycan ordusunda nəsə proses gedir, narahatlıq, təlatüm var. Olmayan məsələyə kimisə məcbur edib imza atdırmağa heç bir halda yol vermək olmaz. Bunun hansı niyyətlə edildiyi araşdırılacaq. Bu qədər konflikt içində yaşayırıq, ərazimiz işğal altındadır, gör nəyə vaxt ayırırıq. Təbii ki, bu vəziyyətə ermənilər də sevinəcək. Başqaları da həvəslənəcək. Bu, yaxşı tendensiya deyil. Silahlı Qüvvələrin siyasətə baş vurması, kiminsə tərəfində durması qəbuledilməz, gülünc bir haldır”.


Teqlər:  





Xəbər lenti