Ordumuzda psixoloqlar olacaq
Başlanğıc etapda silahlı qüvvələrdən seçilmiş zabitlər xüsusi psixologiya kurslarında ixtisaslarını artırdıqdan sonra bu vəzifələrə təyin olunacaqlar.
Eyni zamanda mülki sahədən bu ixtisas üzrə işə qəbul elan olunacaq. Sonrakı mərhələlərdə isə ali hərbi və mülki təhsil müəssisələrində hərbi psixoloq kadrların hazırlanması həyata keçiriləcək.
Silahlı Qüvvələrdə hesab edirlər ki, hərbi psixoloq ştatlarının yaradılması ordudakı neqativ halların, xüsusilə də intiharların sayının azalmasına təsir göstərəcək.