Sarkisyanın nümayəndələri qadın siyasətçini döydü - VİDEO

Sarkisyanın nümayəndələri qadın siyasətçini döydü - VİDEO
  13 Fevral 2018    Oxunub:4698
Bu gün İrəvan Şəhər Şurasının iclasında gərgin anlar yaşanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Yerkir Tsirani" fraksiyasının üzvləri Nubaraşen ərazisində yayılan pis qoxuyaya etiraz olaraq iclasa kanalizasiya suyu doldurulan qablar gətiriblər.
Fraksiya üzvü Marina Xaçatryan suyu İrəvan meri Taron Marqaryana vermək istəyib. İqtidar partiyasının üzvləri ona mane olmaq üçün ayağa qalxıblar. Çirkab suyu merin masasının yanında tökülüb, o tez ayağa qalxaraq nə baş verdiyini anlamağa çalışıb.

Hakim partiyanın üzvləri Marina Xaçatryana hücum edərək onu iclas zalından qovmağa çalışıblar. İrəvan merinin köməkçisi Qor Vardanyan Marina Xaçatryana qarşı güc tətbiq etməkdən çəkinməyib.





Alpər Mövludoğlu
AzVision.az



Teqlər: İrəvan   Ermənistan   Sarkisyan  





Xəbər lenti