Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
  13 Fevral 2018    Oxunub:1945
Yanvarın 11-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanına çıxarılmış vəzifələr üzrə (B növü) qeydiyyatdan keçmiş namizədlərin nəzərinə çatdırılır ki, dövlət orqanlarının regionlardakı struktur bölmələrində olan müsabiqənin müsahibə mərhələsinə çıxarılmış vakant vəzifələr üzrə (B növü) müsahibələr regionlarda keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a bildiriblər ki, qeyd olunanları nəzərə alaraq, həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş, lakin regionlarda keçiriləcək müsahibələrdə iştirak edə bilməyəcək namizədlər qeydiyyatlarını ləğv etməlidirlər.

Müvafiq vəzifələr üzrə qeydiyyatın ləğvini fevralın 15-i saat 18:00‑dək “Dövlət qulluğu üzrə müraciət Forması”na daxil olub həyata keçirmək mümkündür.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti