Saakaşvili Ukraynaya qayıtmaq istəyir - VİDEO

Saakaşvili Ukraynaya qayıtmaq istəyir - VİDEO
  14 Fevral 2018    Oxunub:2091
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili yenidən Ukraynaya qayıtmaq istədiyini deyib.
AzVision.az xəbər verir ki, ötən gün Kiyevdən Polşaya göndərilən Saakaşvili Ukrayna rəhbərliyinə çağırış edərək, geri qaytarılmasını tələb edib.

“Əgər bir şəxs dövlət çevrilişində ittiham olunursa, o, ölkədən çıxarılmır. Ağır cinayətlərdə ittiham olunan bir şəxs ölkə xaricinə buraxıla bilməz. Onlar məni mühakimə edəcəklərmi? Mən məhkəmədə necə iştirak edəcəyəm? Məni Ukraynaya qaytarın! Mən orada mühakimə olunmaq istəyirəm", - deyə Saakaşvili bildirib.



AzVision.az


Teqlər: Saakaşvili   Ukrayna   Polşa  





Xəbər lenti