71 nəfərin öldüyü təyyarə qəzasının səbəbi məlum oldu

71 nəfərin öldüyü təyyarə qəzasının səbəbi məlum oldu
  14 Fevral 2018    Oxunub:5412
Rusiyada “AN-148” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Saratov Hava Yolları”na məxsus təyyarə ötürücü cihazların buz bağlamasına görə qəzaya düşüb.
İlkin analizlərin nəticələrinə görə, uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub.

"Qara qutuda “AN-148”nin əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə havaya qalxandan dərhal sonra işə salınıb”, - deyə Beynəlxalq Aviasiya Komitəsinin məlumatında bildirilib.

Qeyd edək ki, fevralın 11-də baş verən qəza nəticəsində təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü həlak olub. Onlardan biri Azərbaycan vətəndaşıdır.

AzVision.az


Teqlər: Rusiya   Təyyarə   Qəza  





Xəbər lenti