Sabah bəzi yerlərdə qaz fasilə ilə veriləcək

Sabah bəzi yerlərdə qaz fasilə ilə veriləcək
  30 Sentyabr 2013    Oxunub:907
Sabah Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar oktyabrın 1-də saat 10:00-dan 18:00-dək “Dəliməmmədli”, “Sabunçu ümumi”, “Sahil-2” və “Xaçmaz AQPS” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xaçmaz şəhərinə, Goranboy rayonunun bir hissəsinə, eləcə də Bakının Sabunçu rayonunun bəzi ərazilərinə, Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti