Putin və Poroşenko telefonla danışdı

Putin və Poroşenko telefonla danışdı
  14 Fevral 2018    Oxunub:1507
Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər bir sıra məsələləri, həmçinin fevralın 16-da Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə keçiriləcək görüşünün gündəliyini müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Poroşenko   Putin   Ukrayna  





Xəbər lenti