Məmmədyarov: Azərbaycan-Aİ əlaqələri Rusiya ilə dostluğumuza təsir etmir

Məmmədyarov: Azərbaycan-Aİ əlaqələri Rusiya ilə dostluğumuza təsir etmir
  14 Fevral 2018    Oxunub:2341
"Azərbaycan Rusiya daxil olmaqla qonşu ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir"

AzVision.az xəbər verir ki bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.
Nazir “Azərbaycan və Avropa ittifaqı arasındakı saziş Bakı-Moskva əlaqələrinə təsir edə bilərmi” sualını cavablandırıb. Bildirib ki, ümumilikdə Azərbaycan siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafı nəticəsində əldə olunan nəticələrdən razıdır:

“Azərbaycan və Avropa Birliyi arasında əlaqələr qarşılıqlı səmərəli əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə inkişafa xüsusi önəm verilir. Azərbaycan və Rusiya arasında əlaqələr, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr müxtəlif müstəvilərdə inkişaf etsə də, onlar ilk növbədə bizim xalqlarımızın xeyrinə xidmət edir.

Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın Avropa İttifaqı və Azərbaycan münasibətlərinə təsir etmədiyi kimi, bizim Avropa İttifaqı ilə əlaqələrimiz də strateji əhmiyyət kəsb edən Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinə təsir etmir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Rusiya    





Xəbər lenti