Ermənistanda hərbi istintaq idarəsinin əməkdaşı qəzaya düşdü - FOTOLAR

Ermənistanda hərbi istintaq idarəsinin əməkdaşı qəzaya düşdü - FOTOLAR
  14 Fevral 2018    Oxunub:2073
Ermənistanın Sevan şəhərində ağır yol qəzası baş verib.

AzVision.az “Shamshyan.com”-a istinadən xəbər evrir ki, hadisə 13 fevral tarixində gecə saatlarında baş verib. Qeyd olunub ki, “UAZ” markalı avtomobillə “Grand Cherokee” toqquşub.


Qəza nəticəsində “Grand Cherokee” avtomobilində olan 31 yaşlı Ç.Artur və 21 yaşlı A.Asmik xəsarət alıb. Bildirilib ki, “UAZ” markalı avtomobilin sürücüsü F.David Ermənistan İstintaq Komitəsinin hərbi istintaq idarəsinin əməkdaşıdır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti