Kütləvi intiharın qarşısı alındı

Kütləvi intiharın qarşısı alındı
  01 Oktyabr 2013    Oxunub:1272
Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfərin, o cümlədən 2 azyaşlının intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin -nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunmuşdur ki, həmin şəxslər özlərini tikilməkdə olan yeddi mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atmaq niyyətindədirlər.

Xilasedicilər onlarla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almışlar. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilmişlər. Xilasetmə əməliyyatı saat 14:45-də başa çatmışdır.

İntihar etmək istəyənlərin kimliyi açıqlanmır.


Teqlər:  





Xəbər lenti