ABŞ Ermənistana qarşı sanksiya tətbiq edə bilər

ABŞ Ermənistana qarşı sanksiya tətbiq edə bilər
  14 Fevral 2018    Oxunub:3342
ABŞ Ermənistana xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat daxil olub.

Bildirilib ki, rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə İrəvana qarşı sanksiya tətbiq edə bilər.

Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Rusiya   Sanksiya  





Xəbər lenti