ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma

ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma
  14 Fevral 2018    Oxunub:1398
ABŞ Milli Təhlükəsizlik Agentliyinin Merilend ştatının Fort-Mid şəhərində yerləşən mənzil-qərargahı qarşısında atəş açılıb.
ABC telekanalının yaydığı məlumata görə, insident nəticəsində üç nəfər yaralanıb, ehtimal olunan atıcı saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları mənzil-qərargahın hasarına çırpılan avtomobili təhqiq edirlər.

Fort-Midin hakimiyyət orqanları şəhərin avtomobil magistrallarının bağladıqlarını bildiriblər. Hadisə yerində Federal Təhqiqatlar Bürosunun əməkdaşları işləyir.

ABŞ prezidenti Donald Tramp insident barədə məlumatlandırılıb.

AzVision.az


Teqlər: ABŞ   İnsident  





Xəbər lenti