Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi
  15 Fevral 2018    Oxunub:1672
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

"Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, - sabiq prezident yazıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili fevralın 12-də Kiyevdən qovularaq Polşaya göndərilib.

AzVision.az


Teqlər: Saakaşvili   Niderland   Şəxsiyyət-Vəsiqəsi  





Xəbər lenti