Afrinə göndərilən yardımlar mənimsənilib

Afrinə göndərilən yardımlar mənimsənilib
  15 Fevral 2018    Oxunub:1225
Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən Suriyada müharibədən əziyyət çəkən əhaliyə göndərilən humanitar yardım PYD/PKK terrorçuları tərəfindən mənimsənilib.
Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı PYD/PKK terrorçu təşkilatlarına məxsus anbar və düşərgələrdə dinc əhaliyə göndərilən külli miqdarda yardım bağlamaları aşkar edilib.

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin məsul şəxsləri bildiriblər ki, təşkilat bölgədə əziyyət çəkən insanlara yardımını davam etdirir. Lakin bu yardımları əhaliyə Suriyanın Qızıl Aypara Cəmiyyəti vasitəsilə çatdırırlar.

AzVision.az


Teqlər: Suriya   Afrin  





Xəbər lenti