İsrail qondarma "erməni soyqırımı"nı tanımadı

  14 Fevral 2018    Oxunub : 1810
İsrail qondarma "erməni soyqırımı"nı tanımadı

İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini qəbul etməyib.

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parlament qanun layihəsini ilkin səsvermədə rədd edib.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.

Qeyd edək ki, sözügedən qanun layihəsi İsrailin müxalifət “Eş Atid” partiyasının lideri Yair Lapid tərəfindən irəli sürülmüşdü. Ermənipərəst mövqeyi ilə seçilən partiya sədri çıxışlarında İsrailin Türkiyə ilə barışıq əldə etməsinə qarşı çıxıb, dəfələrlə kürdlərə dəstək nümayiş etdirib.

AzVision.az

Teqlər: İsrail   Soyqırım   Parlament